Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xilaskar Ulu Öndərin Müzəffər davamçısı

0

  •        Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyev xalqımızın gələcəyi üçün çox işlər görmüşdür. Ən taleyüklü məsələ olan, gələcək Azərbaycana başçılıq etmək məsələsində Ulu Öndər “Mən İlhama özüm qədər inanıram” söyləməsi özünü hər sahədə doğrultdu. 2003-cü ildə ilk dəfə Prezident seçilən Cənab İlham Əliyev “Mən hər bir Azərbaycanlının prezidenti olacam”  dedi. Bu həqiqətən belə də oldu. Hətta Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycanlılar da Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı İlham Əliyevi fədakar, xilaskar, güclü siyasətçi bir insan kimi sevib dəstəklədilər. Hakimiyyətə gəldiyi gündən  Azərbaycanın daxili və xarici siyasətini uğurla aparan Cənab İlham Əliyev iqtisadi sahədə də bir çox uğurlara imza atdı. İqtisadiyyatın yüksəlişi peşəkəar ordu quruculuğu ilə nəticələndi. 2018-ci ildə növbədənkənar Prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. 2020-ci ilin sentyabrında təkcə hərbçilər deyil, bütün Azərbaycan xalqı İlham Əliyevin ətrafında sıx birləşərək əmrə müntəzir şəkildə cəbhədəki qələbənin qazanılması üçün ayağa qalxdı. Beş ilə işğal altına düşən torpaqlar 44 günlük Vətən müharibəsində şanlı qələbə ilə işğaldan azad olundu. Bu qələbə əlbəttə Müzəffər Ali Baş Komandan İlham Əliyevin düzgün ordu quruculuğu aparmasının, şəhidlərimizin və qazilərimizin şücayəti sayəsində əldə olundu.Yaşasın dünya Azərbaycanlılarının, türk dünyasının və haqqı sevən dünya müsəlmanlarının sevimlisi Müzəffər Ali Baş Komandan İlham Əliyev!Aydın Həsənov,Xocalı şəhər 1 saylı tam orta məktbin tədris işləri üzrə direktor müavini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib28 dəfə
    Xilaskar Ulu Öndərin Müzəffər davamçısı

    Maraqlı gələ bilər
    16
    31